Yunanıstan Ukrayna ilə bağlı vətəndaşlarına çağırış etdi

15-02-2022, 09:59           
Yunanıstan Ukrayna ilə bağlı vətəndaşlarına çağırış etdi
Yunanıstan vətəndaşlarına Ukraynaya səfər etməmək tövsiyə olunub.

Bu qərara Yunanıstan xarici işlər naziri Nikos Dendias, müdafiə naziri Nikos Panayotopoulos, təhsil və dini işlər naziri Niki Kerameos və xarici işlər nazirinin müavini Andreas Kaçanyotisin iştirakı ilə keçirilən görüşdə gəlinib.

Qeyd edilib ki, Ukraynadakı Yunanıstan vətəndaşları ən qısa zamanda ölkəni tərk etsinlər.

Yunanıstanın Kiyevdəki səfirliyindəki əməkdaş sayının minimuma endirildiyi, Mariupoldakı Baş Konsulluğun heyətinə dəstək veriləcəyi bildirilib.

Xatırladaq ki, bəzi dövlətlər vətəndaşlarına Ukrayna ərazisini tərk etmələri barədə xəbərdarlıq ediblər.

Mənbə: Anadolu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru