Kiyev niyə Donbasda 125 min əsgər saxlayır? - Kelin

16-02-2022, 10:41           
Kiyev niyə Donbasda 125 min əsgər saxlayır? - Kelin
Böyük Britaniya və ABŞ rəsmilərinin bəyanatları Ukrayna ətrafında vəziyyətlə bağlı gərginliyi azaltmağa kömək etmir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Londondakı səfiri Andrey Kelin çıxış edib.

"Onlar (Böyük Britaniya və digər NATO ölkələri) Kiyevdəki səfirliklərini tərk edir, sənədləri məhv edir, vətəndaşlarından Ukraynanı mümkün qədər tez tərk etmələrini xahiş edirlər. Bu, əsl isterikadır. Biz buna vəziyyətin gərginləşdirilməsi deyirik”, - Kelin vurğulayıb.

Səfir qeyd edib ki, Böyük Britaniya və ABŞ hazırda Ukrayna böhranının genişlənməsinə ən böyük töhfə verənlərdir.

Kelin həmçinin qeyd edib ki, Qərb ölkələri ilə Rusiya arasında Ukrayna ətrafındakı vəziyyətlə bağlı fikir ayrılıqlarını diplomatik səylərlə həll etmək mümkündür. Bu baxımdan o, Minsk razılaşmalarının həyata keçirilməsinin vacibliyinə diqqət çəkib.

Diplomatın fikrincə, Kiyev Donbas bölgəsində 125 min əsgər saxlamaq əvəzinə öz öhdəliklərinə əməl etməli və imzalanmış sənədləri tez bir zamanda icra etməyə başlamalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru