Özünü Putinin şəxsi düşməni ADLANDIRDI

16-02-2022, 11:37           
Özünü Putinin şəxsi düşməni ADLANDIRDI
Ukraynalı jurnalist Dmitri Qordon Rusiyanın mümkün işğalı səbəbindən ailəsinin bir hissəsini Ukraynadan çıxardığını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Ukrayna 24” telekanalının efirində danışıb.

Jurnalist ondan ailəsini xaricə aparması ilə bağlı məlumatlara münasibət bildirməsini istəyib.

"Putinin şəxsi düşməni olduğum üçün onlar (rus ordusu nəzərdə tutulur) Kiyevə gəlsələr, ailəmə zərbə vura bilərlər. Ona görə də mən və həyat yoldaşım evdə qalıb, cavab verəcəyim insanlar isə təhlükəsiz yerdədirlər” deyə o, qeyd edib.

Jurnalistin sözlərinə görə, o, atasını, babasını, həyat yoldaşının anasını və uşaqlarını riskə atmaq istəmədiyi üçün Vyanaya aparıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.