"Stoltenberq daha bizi maraqlandırmır, o, vurulmuş NATO pilotudur" - Rusiya XİN

17-02-2022, 00:00           
"Stoltenberq daha bizi maraqlandırmır, o, vurulmuş NATO pilotudur" - Rusiya XİN
“Bizi Stoltenberinq (Yens Stoltenberq-red.) verdiyi bəyanat maraqlandırmır. Hələ aydınlaşdıra bilməmişəm ki, o, baş katibdir, ya bankirdir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN sözçüsü NATO baş katibinin dediklərinin ölkəsini maraqlandırmadığını söyləyib: “O, daha bizi maraqlandırmır. Bu, o adam deyil ki, dedikləri Moskvada ciddi arqumentlər kimi qəbul olunsun. O artıq vurulmuş NATO pilotudur. Ona görə də, biz ciddi söhbətə yönələcəyik, əgər buna qərbli həmkarlarımız hazırdırlarsa... Prezidentimiz, xarici işlər naziri və müdafiə nazirimiz dediyi kimi cavab (Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə ABŞ və NATO-nun reaksiyasına cavab-red.) hazırlığın final mərhələsindədir, o veriləcək və nəşr olunacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru