İsveçrədə sabahdan pandemiya ilə bağlı əksər məhdudiyyətlər ləğv ediləcək

17-02-2022, 08:45           
İsveçrədə sabahdan pandemiya ilə bağlı əksər məhdudiyyətlər ləğv ediləcək
Artıq mağazalara, restoranlara və digər ictimai yerlərə getmək üçün maska ​​taxmaq və COVID-sertifikatı tələb olunmayacaq

İsveçrə fevralın 17-dən koronavirusla əlaqədar daha əvvəl tətbiq edilən sosial məhdudiyyətlərin əksəriyyətini ləğv edəcək.

Aznews.az xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

Belə ki, artıq mağazalara, restoranlara və digər ictimai yerlərə getmək üçün maska ​​taxmaq və COVID-sertifikatı tələb olunmayacaq. Həmçinin iş yerində maska ​​taxmaq tələbi və evdən işləmək tövsiyəsi də qüvvədən düşəcək.

İctimai nəqliyyatdan istifadə edərkən və tibb müəssisələrinə gedərkən tənəffüs orqanlarını qorumaq qaydası isə hələ martın sonuna qədər qüvvədə qalacaq. Koronavirus testi müsbət olanlar yenə də karantinə alınacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru