İsveçrə əksər koronavirus məhdudiyyətlərini ləğv edir

17-02-2022, 10:05           
İsveçrə əksər koronavirus məhdudiyyətlərini ləğv edir
Fevralın 17-dən etibarən İsveçrədə mövcud koronavirus məhdudiyyətlərinin əksəriyyəti, o cümlədən maskaların taxılması və ictimai yerlərdə COVID sertifikatlarının təqdim edilməsi zərurəti aradan qaldırılır.

Müvafiq qərarı ölkənin Federal Şurası qəbul edib.

“Fevralın 17-dən etibarən mağazalara, restoranlara, mədəniyyət obyektlərinə və digər ictimai yerlərə daxil olmaq, eləcə də kütləvi tədbirlərdə iştirak etmək üçün maskalar və COVID sertifikatları tələb olunmayacaq. İş yerində maska ​​taxmaq tələbi və evdən işləmək tövsiyəsi də qaldırılacaq”, - deyə hökumətin açıqlamasında bildirilib.

Qeyd olunub ki, ölkədə kütləvi tədbirlərə və toplantılara da icazə veriləcək.

Bununla belə, bir sıra tədbirlər ən azı mart ayının sonuna qədər məcburi olaraq qalacaq. Bular ictimai nəqliyyatda və səhiyyə müəssisələrində maskaların taxılması, həmçinin koronavirus testi müsbət çıxdığı halda izolyasiya tələbidir.

Mənbə: aif.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru