Pentaqon: “Rusiya qoşunlarını geri çəkməyib və qan ehtiyatı toplayır”
18-02-2022, 00:07
“Rusiyanın qan ehtiyatı topladığını, tədricən qoşunlarını Ukrayna ilə sərhədə yaxınlaşdırdığını və daha çox döyüş təyyarəsini işə saldığını müşahidə edirik”. TİA.AZ xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin söyləyib. Eyni zamanda NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynada vəziyyəti gərginləşdirməklə hücum etməyə bəhanə axtardığını açıqlayıb.