Britaniya “Ukraynanın işğal planı”nı açıqladı

18-02-2022, 08:23           
Britaniya “Ukraynanın işğal planı”nı açıqladı
Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya müdaxiləsinin mümkün istiqamətlərini əks etdirən xəritə dərc edib.

Müvafiq videoçarx nazirliyin rəsmi “Twitter” səhifəsində yerləşdirilib.

Britaniya hərbçilərinin fikrincə, Rusiya qoşunları qərb bölgələrindən Kiyev və Dnepr, Krımdan Azov sahilləri boyunca və Belarus ərazisindən Kiyevə, eləcə də Krımdan Odessaya doğru hərəkət edəcəklər.

Qeyd edək ki, Müdafiə Nazirliyi müvafiq görüntülərin “yalnız illüstrativ məqsədlər üçün hazırlandığını” bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru