Üç gün ərzində Ukraynanı 135 min nəfər tərk edib

19-02-2022, 11:43           
Üç gün ərzində Ukraynanı 135 min nəfər tərk edib
Rusiyanın Ukraynaya mümkün hücumu kontekstində neçə ukraynalının ölkəni ttərk etdiyi açıqlanıb. AzVision.az xəbər verir ki, bu barədə “Facebook” səhifəsində Turizmin İnkişafı üzrə Dövlət Agentliyinin sədri Maryana Oleskiv yazıb

Onun sözlərinə görə, üç gün ərzində - yəni fevralın 14, 15 və 16-da Ukraynanı 135 min vətəndaş tərk edib. Ötən ilin eyni dövründə 70 min insan ölkədən çıxıb.

Bundan əvvəl “The Sun” nəçri Rusiyanın fevralın 16-da Kiyev vaxtı ilə saat 3:00-da (Moskva vaxtı ilə 4:00) Ukraynaya hücum edəcəyini yazmışdı. Qeyd edilmişdir ki, hücumda 200 min hərbçi iştirak etməlidir.

Lakin bu proqnoz özünü doğrultmadı, ardınca 20 fevral gendəmə gəldi. ABŞ prezidenti Co Bayden dünən bildirdi ki, hücum planı yaxın günlərdə həyata keçəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru