Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

22-02-2022, 09:56           
Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub
Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

Polşa, Almaniya və Maltada kifayət qədər aşağı işsizlik qeyd olunur (3,5 faizdən çox deyil). Bu göstərici Ukraynada 9,6 faiz, İtaliyada 9,1 faiz, İsveçdə 8,3 faiz, Fransada 7,5 faiz səviyyəsindədir. Çex Respublikasında işsizlik cədvəli bağlayan İspaniyadan təxminən altı dəfə aşağıdır. 2021-ci ilin sonunda Avropada ən aşağı işsizlik Çex Respublikasında olub (burada iş axtaran sakinlər 2,2 faiz təşkil edir).

Rusiya 2021-ci ilin sonunda 4,3 faiz göstərici ilə reytinqdə onuncu yerdədir, demək olar ki, eyni nəticəni Böyük Britaniya da göstərib. Ekspertlərin fikrincə, bu il Avropa ölkələrində əmək bazarı müsbət dinamika nümayiş etdirməyi dayandıra bilər.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru