Putin əmr verdi: Rus ordusu Ukraynaya girdi - Sülhməramlı rolunu oynayır

22-02-2022, 12:39           
Putin əmr verdi: Rus ordusu Ukraynaya girdi -
Rusiya prezidenti Vladimir Putin orduya Ukraynanın şərqindəki qondarma respublikalarda sülhməramlı kimi təhlükəsizliyi təmin etmək barədə təlimat verib.

Metbuat.az xəbər verir ki, Putinin əmrindən sonra rus hərbçiləri sərhədi keçib. Lakin bununla bağlı rəsmi açıqlama verilməyib. Qondarma Donetsk və Luqansk respublikalarından isə bildirilib ki, bölgədəki təhlükəsizliyi təmin etmək üçün Moskva ilə əməkdaşlıq ediləcək.

Qeyd edək ki, hazırda bölgədə gərgin vəziyyət davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru