Almaniya Rusiyanın hücumuna hazırdır

23-02-2022, 11:04           
Almaniya Rusiyanın hücumuna hazırdır
ONN media Almaniya mətbuatına istinadən vəbər verir ki, Almaniyanın yüksək rütbəli təhlükəsizlik rəsmisi bildirib ki, hakimiyyət Rusiya böhranı ilə bağlı mümkün kiberhücumlara hazırlaşır.

Eyni zamanda, Daxili işlər naziri Nensi Fazer “Twitter” səhifəsində bildirib ki, hakimiyyət “bu münaqişənin bütün mümkün nəticələrinə hazırdır”. O cümlədən, bildirib ki, təhlükəsizlik qüvvələri bu cür hücumların qarşısını almaq üçün qoruyucu tədbirlər görüb və Almaniyanın milli kibertəhlükəsizlik mərkəzi hadisələri izləyir.

Xatırladaq ki, Almaniya hökuməti Rusiyanın “Şimal axını-2” qaz kəmərinin təsdiqlənməsi prosesini dayandırmaq qərarına gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru