"Qətər və ya digər ölkələr Rusiyanın Avropaya verdiyi təbii qazı tək başına təmin etmək imkanları yoxdur". Bizimyol.info xəbər verir ki, bunu Qətərin energetika naziri Saad əl-Kabi deyib.
Nazir bildirib ki, Qətərin və ya hər hansı digər ölkənin Rusiyanın Avropaya sıxılmış təbii qaz (maye qaz) şəklində verdiyi qazı təmin etmək üçün kifayət qədər imkanları yoxdur.
Qətərdə hasil edilən təbii qazın böyük hissəsinin uzunmüddətli müqavilələrlə asiyalı alıcılardan asılı olduğunu bildirən Saad əl-Kabi, Qətərin təbii qaz həcminin yalnız 10-15 faizini Avropaya ixrac edə biləcəyini bildirib.
"Bloomberg" bilririb ki, Kabinin maye qaz təchizatı ilə bağlı açıqlaması Avropanın enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.