Avropada təbii qaz bahalaşır 23-02-2022, 12:56 Avropa birjalarında təbii qaz qiymətləri bahalaşmaqda davam edir.Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın mart fyuçersləri 960 dollar ətrafında alınıb-satılır.Son sutka ərzində təbii qaz 3 faizə yaxın bahalaşıb. Ötən gün birjalarda təbii qaz 10 faizdən çox bahalaşmışdı.Xatırladaq ki, Almaniya hökuməti Rusiyadan qaz nəqlini nəzərdə tutan "Şimal axını 2" layihəsinin sertifikasiyasının dayandırıldığın elan edib. Facebook-da paylaş