İsrail ABŞ-ın Ukraynaya "Dəmir qübbə" ötürmək cəhdinin QARŞISINI ALDI

23-02-2022, 18:41           
İsrail ABŞ-ın Ukraynaya "Dəmir qübbə" ötürmək cəhdinin QARŞISINI ALDI
İsrail ABŞ-ın Ukraynaya bir neçə “Dəmir qübbə” batareyası ötürmək cəhdinin qarşısını alıb. Teref.az KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb. Məlumatda deyilir ki, İsrail Rusiya ilə münasibətləri korlamaq istəmir.

Ona görə də ABŞ-ın Ukraynaya bir neçə taktiki hava hücumundan müdafiə sistemi olan “Dəmir qübbə” batareyasını ötürmək cəhdini dayandırıb.

Qeyd edək ki, bağlanmış müqaviləyə əsasən, ABŞ “Dəmir qübbə”ni İsrailin razılığı olmadan üçüncü tərəfə verə bilməz.

Kiyev İsrailin bu mövqeyindən məyus olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru