"Rusiyanın möhtəşəmliyə aparan yolunu açmaq əvəzinə..." Madlen Olbrayt

24-02-2022, 08:33           
"Rusiyanın möhtəşəmliyə aparan yolunu açmaq əvəzinə..."  Madlen Olbrayt
ABŞ-ın ilk qadın dövlət katibi 84 yaşlı Madlen Olbrayt Rusiya-Ukrayna münasibətlərinə maraqlı şərh verib. Praqa doğumlu yəhidi-slavyan mənşəli xanım siyasətçi deyib: “Rusiyanın möhtəşəmliyə aparan yolunu açmaq əvəzinə Ukraynaya təcavüz Putini bütün dünyada rüsvay edəcək. Rusiyanı diplomatik baxımdan dünyadan təcrid olunmuş vəziyyətə salacaq, iqtisadi cəhətdən ölkəni şikəst qoyacaq. Rusiya strateji baxımdan da müdafiəsiz qalacaq”.
Bu sitatı Facebook hesabından ABŞ-ın 67-ci dövlət katibi Hillari Klinton “Madlen Olbrayt haqlıdır” qeydi ilə paylaşıb.
Bu sitat Madlen Olbraytın “The Nyu-York Times” qəzetində getmiş “Putin is Making a Historic Mistake” (Putin tarixi səhv edir) adlı məqaləsindən götürülüb.
Elbəyi Həsənli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru