ABŞ Baltik bölgəsinə əlavə əsgərlər və “F-35” təyyarələri göndərir
24-02-2022, 08:37
Birləşmiş Ştatlar 800 hərbçinin yerini İtaliyadan Baltik bölgəsiniə dəyişir. Eyni zamanda səkkiz “F-35” təyyarəsini NATO-nun şərq qanadına göndərir.
Bu barədə fevralın 22-də «Röyter» agentliyi ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadla xəbər verib.
ABŞ hakimiyyətinin məlumatına görə, Pentpon həm də bölgəyə 32 ədəd “AH-64 Apache" helikopteri göndərəcək.
“Bu əlavə qüvvələr bizim NATO üzrə müttəfiqlərimizin təhlükəsizliyi və üzv dövlətlərə qarşı istənilən təcavüzün qarşısının alınması üçündür” – deyə, amerikalı məmur bəyan edib.