BMT-nin Baş katibi Donbasdakı Rusiya hərbçilərini sülhməramlı hesab etməyəcək
24-02-2022, 08:09
BMT-nin Baş katibi Antonio Quterreş Donbasa daxil olacaq Rusiya hərbçilərini sülhməramlı hesab etməyəcəyini deyib.
O qeyd edib ki, sülhməramlılıq anlayışının təhrif edilməsi onu narahat edir.
Həmçinin Quterreş vurğulayıb ki, mülki əhali üçün canlarını fəda edən BMT sülhməramlılarının nailiyyətləri ilə fəxr edir.
“Əgər bir ölkənin ordusu razılıq olmadan digər ölkənin ərazisinə daxil olursa, onlar qərəzsiz sülhməramlı hesab edilmir. Onlar heç də sülhməramlı deyillər”, - deyə o jurnalistlərə bildirib.