Çin XİN: “Tayvan, Ukrayna deyil”

24-02-2022, 09:28           
Çin XİN: “Tayvan, Ukrayna deyil”
Çinin Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynanın şərqindəki separatçı siyasi strukturları tanıması ilə artan böhranın Tayvan məsələsi ilə heç bir oxşarlığının olmadığını bildirib.

Bunu nazirliyin sözçüsü Hua Çunyinq keçirdiyi mətbuat konfransında Tayvan rəsmilərinin müvafiq bəyanatları ilə bağlı sualı cavablandırarkən qeyd edib.

Hua bu tipli bəyanatları tarixi məlumatların olmaması ilə əlaqələndirib.

“Tayvan, əlbəttə ki, Ukrayna deyil. Tayvan həmişə Çinin ayrılmaz hissəsi olub. Bu, danılmaz tarixi və hüquqi faktdır. Vahid Çin prinsipi beynəlxalq münasibətlərdə hamı tərəfindən qəbul edilmiş normadır”, - deyə o, bəyan edib.

Hua vurğulayıb ki, Tayvan hakimiyyətinin Ukrayna məsələsindən öz mənfəətləri üçün istifadə etməyə çalışması ağılsızlıqdır.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru