Moskvadakı səfirliyimizi açıq saxlamağa çalışacağıq.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
“Məqsədimiz budur: diplomatik əlaqəni qorumaq və RF-yə göndərməli olduğumuz istənilən mesajı aydın şəkildə çatdırmaq. Səfirliklər bu işdə mühüm vasitədir”, - Prays vurğulayıb.