Rusiya prezidenti Vladimir Putin Donbassdakı qondarma respublikaların rəhbərlərinin müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini bildirib. Yeniavaz.com “tass”a istinadla xəbər verir ki, bu barədə V. Putin televiziyada çıxış edib. “Donbass xalq respublikaları kömək istəyi ilə Rusiyaya üz tutub. Bununla əlaqədar mən xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldim. Hərbi əməliyyatların məqsədi Kiyev rejimi tərəfindən sui-istifadəyə, soyqırıma məruz qalmış insanları qorumaqdır” - deyə, Putin televiziya ilə çıxışında bildirib.