“Hər şeyə hazırıq və qalib gələcəyik” - Zelenski

24-02-2022, 10:15           
“Hər şeyə hazırıq və qalib gələcəyik” - Zelenski
Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciət edib.

Manset.az xəbər verir ki, dövlət başçısı müraciətində bütün ölkə ərazisində hərbi vəziyyətin elan olunduğunu açıqlayıb.

“Bu gün səhər Rusiya Prezidenti vladimir Putin Donbasda xüsusi hərbi əməliyyat elan edib. Rusiya hərbi infrastrukturumuza, sərhəd mühafizəmizə zərbələr endirib. Ukraynanın bir çox şəhərlərində partlayış səsləri eşidilib. Biz bütün ölkə ərazisində hərbi vəziyyət tətbiq edirik. Bir dəqiqə əvvəl ABŞ Prezidenti Co Baydenlə telefonla danışdım. ABŞ beynəlxalq dəstək göstərməyə başlayır. Sizdən sakit davranmağınızı istəyirəm. Mümkünsə evdə qalın. Biz işləyirik, Ukraynanın bütün təhlükəsizlik və müdafiə sektoru işləyir. Panika olmasın, hər şeyə hazırıq və qalib gələcəyik”, - deyə Zelenski videomüraciətində bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru