Xarkova havadan desant atıldı, atışma gedir, RAKET ZƏRBƏLƏRİ DAV AEROPORTLAR VURULUR

24-02-2022, 10:36           
Xarkova havadan desant atıldı, atışma gedir,
Sosial şəbəkə istifadəçiləri Rusiyanın Ukraynanın Xarkov şəhərinə havadan desant atdığına dair görüntüləri yayıblar. virtualaz.org xəbər verir ki, Xarkov səmasında çoxsaylı desant paraşütlərinin uçduğu görüntülərdə əks olunur. Habelə şəhərdə atəş səsləri eşidilir.

Bundan əvvəl Rusiya hərbi dəniz qüvvələrinin Azov dənizi və Qara dənizindən də hücuma keçdiyi, Odessaya dəniz desantının çıxarıldığı xəbər verilmişdi.

Ukrayna mənbələri xəbər verir ki, səhər saatlarından etibarən ölkənin 10 regionu Rusiyanın raket zərbələri altındadır. Yerli vaxtla səhər saat 05.00 radələrindən başlayaraq Donetsk, Zaporojye, Luqansk, Odessa, Herson, Nikolayev, Poltava, Çerniqov, Jitomir və Kiyev vilayətlərinə raket zərbələri endirilir. Bundan əlavə Melitpolda və Jitomir vilayətinin Ozernoe kəndində iki təyyarə partladılıb. Beloserkov rayonunda silah anbarı vurulub. Odessada dövlət orqanlarının binalarında partlayışlar baş verir.

Ukrayna hakimiyyəti ölkənin şərqindən əhalinin total təxliyyəsini elan edib. Sakinlərdən Dnepr şəhəri istiqamətində hərəkət etmək xahiş olunur. O cümlədən Luqansk vilayətinin bütün sakinlərinə dərhal evlərini tərk etmək tövsiyə edilib. Şəhər administrasiyası sakinlərə öz avtomobilləri və digər mümkün nəqliyyat vasitələri ilə Dnepr şəhəri istiqamətində hərəkət etməyi göstəriş verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru