Abramoviç Böyük Britaniyadan qovuldu

24-02-2022, 17:00           
Abramoviç Böyük Britaniyadan qovuldu
Rusiyalı milyarder Roman Abramoviçə Böyük Britaniyada yaşamaq qadağan edilib.

Redaktor.az xəbər verir ki, Britaniyanın "The Sun" nəşri belə iddia ilə çıxış edib.

"Çelsi" klubunun sahibinin aylardır Londondakı evində görünmədiyi bildirilir. Britaniya mənbələri onun heç vaxt oraya qayıtmasına icazə verilməyəcəyini iddia edir. Məlumata görə, immiqrasiya rəsmilərinə Abramoviçə 125 milyon funt sterlinq ödədiyi Kensinqton sarayı yaxınlığındakı evinə qayıtmağı qadağan etmək tapşırılıb. Onun işi üzərində xüsusi immiqrasiya bölməsi işləyir.

Abramoviç Putin rejiminin əsas dəstəkçisi kimi təsvir etdiyi 35 rus oliqarxdan biridir. O, 2018-ci ildə İsrail vətəndaşı olub və bu, ona son altı ay ərzində bu ölkənin pasportu ilə Londona qısamüddətli səfərə gəlməyə imkan verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru