Almaniya Qarabağ münaqişəsinin həlli ilə bağlı 7 maddəlik plan təklif edib - "...hazırkı status-kvo risklidir"

7-04-2016, 19:37           
Almaniya Qarabağ münaqişəsinin həlli ilə bağlı 7 maddəlik plan təklif edib - "...hazırkı status-kvo risklidir"
Almaniyanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində gərginliyin azalması, davamlı sülhün təmin olunması və münaqişənin dinc yolla həllini özündə ehtiva edən 7 maddəlik təkliflər planı təqdim edib.

Virtualaz.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Almaniya XİN-dəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, XİN hesab edir ki, bölgədəki hazırkı status-kvo risklidir və uzunmüddətli deyil.

"Almaniyanın xarici işlər naziri ATƏT-in sədri olaraq bu mürəkkəb vəziyyətdə mümkün vasitələrdən istifadə edərək fəaliyyət göstərəcək", - deyə mənbə vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.