Erməni mətbuatı Rusiyanı şantaja başladı:"Rusiya kəşfiyyatı və təbliğatı olmasaydı, İrəvan bir neçə önəmli addım atardı"
7-04-2016, 20:20
Naira Ayrumyan
Lragir (Ermənistan), 07.04.2016
Qafqaz türkləri ermənilərə hücum etdilər, ermənilər isə Rusiyanı günahkar çıxartdılar. Rusiyada bu ziddiyyət çoxlarına anlaşılmazdır. Bu, necə ola bilər? Silahı azərbaycanlılar alıb, azərbaycanlılar atəş açırlar, amma Moskvanı ittiham edirlər ki, onlara silah satıb? Bəlkə, bu, yenidən “Maydan”dır?
Türklər və azərbaycanlılar ermənilərə münasibətlərini heç vaxt gizlətməyiblər, bununla belə, Rusiya son illərdə iddia edirdi ki, erməniləri təhlükədən qoruyacaq. Ermənistan bu vədlərin əvəzində hər şeyi Rusiyaya verdi – kommunikasiyaları, aktivləri, Avropa Birliyi ilə assosiativlikdən, kürəsəl oyunçularala münasibətlərdən, suverenlikdən imtina edib birliklərə və tük dövlətlərinin bloklarına girdi. Bütün bunlar ona görə edildi ki, təhlükə baş versə, Rusiya Ermənistanı müdafiə etsin. Çoxları o zaman da xəbərdarlıq edirdilər ki, 1921-ci ildə Moskva müqaviləsi əsasında Türkiyə ilə birlikdə Ermənistanı bölən Rusiya Ermənistanın təhlükəsizliyinin müdafiəçisi ola bilməz. Xəbərdarlıq edirdilər ki, Azərbaycana raket satan, lakin Ermənistana raket əleyhinə vasitələr tədarük etməyən Rusiya Ermənistan təhlükəsizliyinin müdafiəçisi ola bilməz. Lakin ermənilərin əkəsriyyəti, xüsusən də Rusiya azuqəsindən güzəran üçün qazananlar buna inanmaq istəmirdilər. Lakin indi hər şeyi gözlərilə gördülər – Ermənistan torpağında Rusiya istehsalı raketlər peyda olur, Rusiyanın Ermənistandakı bazasında saxladığı yüksəkdəqiqlikli silahlar isə susur.
Ermənistanda antirusiya əhvali-ruhiyyəsi yoxdur, Ermənistanda özəl maraqların dərki, müttəfiqlərin və düşmənlərin dəyərləndirilməsi baş verir. Və bu dəyərləndirmə çox da Rusiyanın xeyrinə deyil. Artıq təkcə suallar deyil, həm də siyasətçilərin cavabları səslənir.
Və Ermənistanda qol-budaq atmış Rusiya kəşfiyyatı və təbliğatı olmasaydı, İrəvan bu günlərdə bir neçə önəmli addım atardı – AİB və KTMT-a üzvlüyü dondurar, Ermənistana raket əleyhinə vasitələr tədarük etməyə hazır olan başqa güc mərkəzləri ilə hərbi-siyasi müqavilələr bağlayar, Moskvanı Ermənistanın təhlükəsizliyinə zamin elan edən müqaviləni qüvvədən salar və 1921-ci il Moskva müqaviləsinin qüvvədən salınmasını tələb edərdi.
Ermənistan nə qədər ki bunu etməyib, Ermənistandakı antirusiya əhvali-ruhiyyəsindən danışmaq lazım gəlməyəcək. Lakin bu addımlar qaçılmaz şəkildə yetişir və başqa ölkələrin Rusiya müstəmləkəçiliyindən qurtuluşu Qərbin dəstəyi ilə baş verirdisə, Ermənistanda istisnasız olaraq suveren təhlükəsizlik təsəvvürlərindən çıxış etməklə baş verəcək.
Ermənistanda baş verənləri Rusiyada təkidlə antirusiya əhvali-ruhiyyəsinin başqaldırma ehtimalı baxımından qiymətləndirirlər. Rusiya təbliğatı Rusiyanın ermənilərə köməyini göstərmək üçün əlindən gələni edir və hər şeyi elə təqdim edir ki, guya Ermənistanın təhlükəsizlik açarı Rusiyanın əlindədir. İndi Ermənistanda başqa cür düşünürlər və Rusiya təbliğatı gözəl günlərin birində ağlını başına yığmalı olacaq.
Tərcümə Strateq.az-ındır.