ABŞ konqressmeni Ermənistanın hərbi aqressiyasına dair bəyanat yayıb

8-04-2016, 09:27           

ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatından seçilmiş demokrat konqresmen Stiv Kohen 7 aprel tarixində Ermənistanın Azərbaycana qarşı hərbi aqressiyasını tənqid edən bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, bəyanatda Azərbaycan və Ermənistan arasında bu yaxınlarda əldə edilmiş atəşkəs razılaşmasının alqışlandığı bildirilir. Buna baxmayaraq, konqresmen Kohen Ermənistanın Azərbaycan tərəfinin zorakılığın dayandırılması məqsədi ilə ötən bazar günü irəli sürdüyü atəşkəs təklifini dərhal müsbət cavablandırmaması və hərbi əməliyyatları davam etdirməsinin təəssüf doğurduğunu ifadə edib.

Sonda konqresmen Ermənistandan əldə edilmiş atəşkəs razılığına sadiq olmağı və uzun müddət davam edən bu münaqişənin həll edilməsi üçün ATƏT-in+Minsk+Qrupu">ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycanla əməkdaşlıq etməyi tələb edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.