İnterpol Ded Xasanın qatilinin təşkilatçısını tutdu

8-04-2016, 12:30           
İnterpol Ded Xasanın qatilinin təşkilatçısını tutdu
Rus mafiyasının lideri Aslan Usoyanın (Ded Xasan) ölümündə günahlandırılan Cemal Mikeladze həbsdən çıxdıqdan bir müddət sonra yenidən həbs olunub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mikeladze İtaliyanın istəyi ilə İnterpol tərəfindən tutulub. O, rəsmi Roma tərəfindən çirkli pulların yuyulmasında, sənədlərin saxtalaşdırılmasında, kriminal dəstələr yaratmaqda günahlandırılır. Onu İtaliyada 15 il həbs cəzası gözləyir.

Qeyd edək ki, Mikeladze Ded Xasanın əsas rəqiblərindən bir hesab edilirdi. Onlar arasında konflikt 2013-cü ilin yanvarında Usoyanın öldürülməsi ilə başa çatıb. O, 2013-cü ilin fevralında həbs edilsə də, Ded Xasanı öldürməsi sübut edilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.