Sensasiya: İranın lənətlədiyi İsraildən silah alması faktlarla üzə çıxdı - Tel-Əviv BMT-nin İran embarqosuna məhəl qoymurmuş
8-04-2016, 13:33
İranın nüvə proqramı ilə bağlı “altılıq ölkələri” ilə razılığa gəlməsindən sonra, İranın dövlətinin İsraildən silah alması xəbər məlum olub.
Avropa.info xəbər verir ki, 11 sentyabr hadisələrindən sonra ABŞ-da daxili təhlükəsizliyi nəzarət etmək üçün yaradılan "Homeland Securiy" təşkilatının açıqlamasına görə İsrailin silah tacirləri İrana gizli şəkildə hərbi təyyarə hissələri satıblar.
BMT-nin İrana embarqo qoymasına baxmayaraq məlum olub ki, İsrail qadağaları aşmağı bacarıb.
İranın nüvə proqramını sərt şəkildə tənqid edən İsrailin İrana silah satması xəbəri dünyanı şok edib. 2012-ci ildən bu yana hərbi təyyarə hissələri daxil olmaqla müxtəlif növ silah satılıb.
"Worldobserver" mətbu yayımının bildirdiyinə görə məsələdən ilk xəbər tutan yunan hakim dairələri olub. Yunanıstanın ABŞ-a xəbər verməsindən sonra Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ ) ve "Homeland Security" orqanları tədqiqata başlayıblar.
İngiltərənin "Telegraph" qəzetinə müsahibə verən yunan məhkəməsinin səlahiyyətlisi ABŞ ordusunda satılmasına qadağa qoyulan reaktiv təyyarə hissələrinin İsrail limanındakı gəmilərə yüklənərək İrana daşındığını bildirib.