Rusiya Ermənistana silah satır, Azərbaycanada silah satışını davam etdirəcək.....
8-04-2016, 21:14
“Rusiya Azərbaycana silah satışını davam etdirəcək”. ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiyanı baş nazirinin müavini Dmitri Roqozin bəyan edib.
O bildirib ki, silah satışı mövcud müqavilələrə uyğun həyata keçiriləcək.
“Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə Azərbaycan və Ermənistan strateji tərəfdaşımızdır”, - deyə o vurğulayıb.
Bunu bilavasitə ötən gün Ermənistan prezidenti Serj Sarkisyannın Rusiyanın baş naziri Dmitri Medvedyevlə görüşündə Rusiyanın Azərbaycana silah satmasından dolayı narazılığına cavab olduğunu söyləmək olar.
2015-ci ilin əvvəllərindən Rusiya Azərbaycana T-90C tanklarının satışını həyata keçirir. Daha əvvəllər isə Rusiyanın “Rosoboroneksporte” şirkəti bəyan edib ki, Rusiya Federasiyası 2010-cu ildə bağlanmış saziş əsasında 2017-ci ilə qədər iri silah və texnika partiyalarının çatdırılmasını təmin edəcək.
Müqaviləyə əsasən həmin tarixə qədər Azərbaycana 3 batalyon T-90C tankı və eyni sayda BMP-3 hərbi piyada maşınlarının göndəriləməsi nəzərdə tutulur. Eyni zamanda özüyeriyən artilleriya qurğusu divizionu, yaylım atəşli reaktiv sistem divizionu və ağır odsaçan sistemlərin çatdırılması da həyata keçiriləcək.
Azərbaycan tanklarla yanaşı tam xidmət və yanğın nəzarəti üçün lazım olan bütün maşınları, BREM-1 zirehli təmir-evakuasiya, T-90 bazasında İMR-3 M mühəndis-nəqliyyat maşınlarını almaqda davam edəcək.
Bu, Rusiya və Azərbaycan arasında silah müqaviləsi ilə bağlı ilk iri paket deyil. 2010-2011-ci illərdə Azərbaycanın Silahlı Qüvvələrinə və digər güc strukturlarına ümumi məbləği $3 mlrd. həcmində S-300PMU-2 zenit-raket sistemləri, bir neçə “Top2ME” zenit-raket kompleksi, 60 ədəd Mi-17 nəqliyyat vertolyotu, 24 həmlə vertolyotu verilib.