Ukrayna ordusu Rusiya aviasiyasını məhv edir – bir gündə altı qırıcı və üç helikopter

17-03-2022, 10:56           
Ukrayna ordusu Rusiya aviasiyasını məhv edir –
Martın 16-da gün ərzində Ukraynanın hava hücumundan müdafiəsi Rusiya ordusunun ən azı 10 hava hədəfini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, Hava Hücumundan Müdafiə Qoşunları Rusiyanın üç “Su-30SM” qırıcısını, bir “Su-34” qırıcı bombardmançısını, bir naməlum tipli təyyarəni, iki helikopteri və bir operativ-taktiki PUA-nı məhv edib.

Bundan əlavə, Quru Qoşunların hava hücumundan müdafiəsi müvafiq olaraq şimal və cənub istiqamətlərində daha bir “Su-34” qırıcı bombardmançı və “Ka-52” helikopterinin vurulduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru