Slovakiyanın Rusiyaya qarşı sanksiyalara razılıq verməsinin SƏBƏBİ BİLİNDİ
Bu gün, 07:54
Avropa Komissiyası Slovakiyanın Rusiya qazına qarşı mərhələli çıxış planı fonunda tətbiq olunan sanksiyalara razılıq verdiyini təsdiqləyib. Bu barədə Komissiyanın sözçüsü Anna-Kaisa İtkonen Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.
İtkonen bildirib ki, Slovakiya kimi bəzi üzv ölkələrin spesifik enerji asılılığını nəzərə alaraq, Rusiya qazından imtinanın tədricən və hüquqi əsaslı şəkildə həyata keçirilməsi nəzərdə tutulur:
“Biz Slovakiya kimi üzv dövlətlərin qarşılaşdığı milli çətinlikləri tanıyırıq. Bu səbəbdən Rusiya qazının idxalının mərhələli şəkildə dayandırılması effektiv, hüquqi və regional şəraitə uyğunlaşdırılmış proses əsasında aparılacaq”.
Qeyd edək ki, Slovakiya Rusiya qazından ən çox asılı olan Avropa ölkələrindən biridir və keçmişdə bu ölkə alternativ enerji mənbələrinin diversifikasiyası məsələsində ehtiyatlı mövqe sərgiləyib.