Finlandiya məqsədini açıqladı...

13-04-2022, 10:55           
Finlandiya məqsədini açıqladı...
Finlandiya Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata görə NATO-ya üzv olmaq barədə düşünür.

Bunu baş nazir Sanna Marin bildirib.

Onun sözlərinə görə, fevralın 24-dən sonra “Avropada bütün təhlükəsizlik sistemi dəyişib” və Moskva ilə münasibətlər çətin ki, əvvəlki kimi olsun.

SİA-nın məlumatına görə, buni isə “İltalehti” baş nazirin dediklərindən iqtibas gətirir.

Finlandiyanın baş naziri deyib: “NATO ölkəsinə hücum üçün həddi onun üzvü olmayan bir ölkə ilə müqayisədə daha yüksəkdir”.

O, əlavə edib ki, bu məsələ ilə bağlı bir neçə həftə ərzində qərar verilə bilər.

Xatırladaq ki, bundan əvvəl “The Times” Finlandiya və İsveçin bu yay NATO-ya üzv ola biləcəyini yazmışdı.

İsveçin xarici işlər naziri Ann Linde də bildirib ki, İsveç və Finlandiya hakimiyyət orqanları NATO-ya üzvlüklə bağlı özləri qərar verəcək və “Rusiyadan gələn hər hansı təhlükəni” qəbuledilməz hesab edəcəklər.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nu İsveç və Finlandiyanı hərbi alyansa daxil etməkdə ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru