Avropa və “G7” ölkələri Fələstin rəhbərliyinə güclü təzyiq göstərərək, onu Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını pisləməyə çağırıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fələstinin Moskvadakı səfiri Abdel Hafiz Nofəl “İzvestiya” nəşrinə məlumat verib.
Onun sözlərinə görə, prezident Mahmud Abbas bu çağırışları rədd edib.
Diplomatın sözlərinə görə, Ramallah (bildirim ki, Ramallah paytaxt kimi çağırılmasa da, amma fələstin şəhəri kimi göstərilir-A.B.) siyasi nizamlanmanın "mümkün qədər tez və ən ədalətli şəkildə əldə ediləcəyinə" ümid edir.
Nofəl qeyd edib ki, Ukraynadakı döyüşlər artıq Yaxın Şərqdə ərzaq böhranına gətirib çıxarıb.
Xüsusən də buğdanın bir tonu 200 dollardan 550-600 dollara qədər bahalaşıb və bir neçə aydan sonra ərzaq böhranı daha da kəskinləşəcək.