Taliban Əfqanıstanda hakimiyyəti ələ aldıqdan sonra 490 keçmiş məmuru öldürüb, və ya oğurlayıb.
Teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.
Taliban lideri Heybətulla Axundzadə ötən avqustda hakimiyyətə gəldikdən sonra aministiya elan edib. Jurnalist araşdırmasına görə, təkcə Qəndaharda 114 nəfər itkin düşüb. Baqlan əyalətində 86 qətl qeydə alınıb.