OPEC-dən ABŞ-a rədd cavab: “Rusiyanı kompensasiya edə bilmərik”

13-04-2022, 10:53           
OPEC-dən ABŞ-a rədd cavab:
“Qlobal neft bazarlarında yaranmış böhran OPEC-in nəzarət imkanlarından kənardadır”.

Teref.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo Aİ Komissiyasının enerji üzrə üzvü Kadri Simsonla söhbətində belə deyib.

OPEK-in baş katibinin fikrincə, Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən bu ölkənin gündəlik neft tədarükündə itkiləri 7 milyon bareli keçə bilər və OPEK-in bu itkini kompensasiya etməsi çətin olacaq.

Neft qiymətlərinin tələb və təklifdən çox siyasi faktorlarla dəyişdiyini ifadə edən Barkindo bildirib ki, bu vəziyyətdə OPEC-in edə biləcəyi çox şey yoxdur: “Böhranlar bazarda yüksək volatilliyə səbəb olub. İqtisadi əsaslara söykənməyən amillər isə OPEC-in nəzarəti xaricindədir”.

Rusiyanın Ukraynaya müdaxiləsi ilə kəskin bahalaşan neftin qiyməti bu gün də bir barel üçün 100 dolların üstündədir. Qiymət artımları qlobal inflyasiya təzyiqlərinin artmasına səbəb olur.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi OPEC ölkələri Rusiyanın itkilərini kompensasiya etməklə bağlı ABŞ-ın çağırışlarına cavab verməyib.

pia.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru