ŞOK İDDİA: Bu ölkə Rusiyaya gizlicə silahlar verir - Moskvanın məğlub olmasını istəmirlər

13-04-2022, 10:46           
ŞOK İDDİA: Bu ölkə Rusiyaya gizlicə silahlar verir -
İran Ukraynada ciddi itkilər verən Rusiyaya hərbi dəstək verir.

Metbuat.az xəbər verir ki, “Guardian” qəzeti belə məlumat yayıb. İddialara görə, iranlı qaçaqmalçılar İraqdakı mənbələrdən silahlar əldə edərək Rusiya üçün daşıyır. Həmçinin, S-300-lərə bənzəyən İran istehsalı Bavar 373 raket sisteminin də İran tərəfindən Rusiyaya bağışlandığı irəli sürülür. Məlumata görə, Rusiya ciddi sanksiyalara məruz qaldığı üçün Suriyadakı müttəfiqi İrandan silah almaq məcburiyyətində qalıb.

Bildirilir ki, İraqdakı xaosdan istifadə edən İranın dəstəklədiyi qruplaşmalar qərbdən gələn silahları ələ keçirib. İndi həmin silahlar İraqdan İrana, oradan isə dəniz yolu ilə Rusiyaya göndərilir. Məlumata görə, İran Rusiyanın məğlub olmasını istəmir. Çünki, Rusiyanın məğlub olacağı halda Suriyadakı vəziyyət də dəyişə bilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru