Vyana, Berlin və Budapeşt Rusiyanın qaz embarqosuna qarşıdır

14-04-2022, 08:03           
Vyana, Berlin və Budapeşt Rusiyanın qaz embarqosuna qarşıdır
Vyana, Berlin və Budapeşt Rusiyanın qaz embarqosuna qarşıdır.

Redaktor.az xəbər verir ki, bu barədə Avstriya kansleri Karl Nehammer CNN telekanalında bildirib.

"Avstriya qaz embarqosuna qarşı bu məsələdə tək deyil. Avropa İttifaqına üzv olan digər ölkələrdə Rusiyaya qarşı sanksiyalarının tərəfdarı deyil. Sanksiyalar Avropadan çox Rusiyaya zərbə vurmalıdır",- deyə kansler bildirib.

Kanslerin sözlərinə görə, Avropa Komissiyası və Aİ Şurası artıq neft tədarükünə qadağa qoyulmasını müzakirə edir. Lakin qaz ayrı məsələdir. Çünki müxtəlif ölkələrin sənayesi ondan asılıdır.

Qeyd edək ki, Avstriya kansleri aprelin 11-də Moskvaya səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Görüş mətbuata bağlı qapılar arxasında keçirilib(apa.az).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru