ABŞ-ın sanksiyalarına Rusiyadan kəskin cavab: 398 konqresmen…

14-04-2022, 08:35           
ABŞ-ın sanksiyalarına Rusiyadan kəskin cavab: 398 konqresmen…
Rusiya 398 ABŞ konqresmenini qara siyahıya salıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Martın 24-də ABŞ tərəfindən Rusiya Federal Məclisinin Dövlət Dumasının 328 deputatına qarşı tətbiq edilən antirusiya sanksiyalarının növbəti “dalğasına” cavab olaraq, əvvəllər qara siyahıya salınmış rusiyalı parlamentariləri nəzərə alaraq, ABŞ Nümayəndələr Palatasının 398 üzvünə qarşı “güzgü” sanksiya məhdudiyyətləri tətbiq edilir”, – Rusiya XİN-dən verilən məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru