Populyar Latın Amerikası ölkəsi peyvənd olunmamış turistlərə qapılarını açdı - FOTO

14-04-2022, 09:24           
Populyar Latın Amerikası ölkəsi peyvənd olunmamış turistlərə qapılarını açdı - FOTO
Argentina hökuməti COVID-19-a qarşı peyvənd vurdurmayan turistlərə ölkəsinə daxil olmağa icazə verib.

Bu barədə Argentina İmmiqrasiya Nazirliyinin saytında məlumat verilib.

Bildirilir ki, Latın Amerikası ölkəsinə gələn turistlərdən peyvənd sertifikatı və ya PCR testinin mənfi cavabı tələb olunmur. Sadəcə koronavirusa yoluxacağı halda xərcləri qarşılayacaq tibbi sığorta və yola düşmədən ən geci 48 saat əvvəl doldurulmuş sağlamlıq bəyannaməsi kifayətdir.

Eyni zamanda, qurumdan vurğulanır ki, peyvənd olunmamış və ya tam vaksinasiyadan keçməmiş səyahətçilərə ölkəyə girdikləri andan 24 saat ərzində koronavirus testindən keçmələri tövsiyə olunur.



Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru