Co Bayden Kiyevə gedə bilər

14-04-2022, 10:03           
Co Bayden Kiyevə gedə bilər
"Politico" məlumat yayıb

ABŞ yüksək rütbəli administrasiya rəsmlərinin Kiyevə səfərə göndərilməsi imkanını müzakirə edir.

Bu barədə "Politico" məlumat yayıb.

Səfərin məqsədi Ukraynaya dəstək nümayiş etdirməkdir.

Vaşinqton nümayəndəsi Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Qəzetin yazdığına görə, prezident Co Bayden və ya vitse-prezident Kamala Harris də Kiyevə gedə bilər.

Dövlət katibi Entoni Blinken və ya Pentaqonun rəhbəri Lloyd Ostinin səfər etməsi ehtimalı daha yüksəkdir.

Səfərin təhlükəsizlik baxımından əvvəlcədən elan olunmayacağı vurğulanır.

Həmçinin səfərin baş tutması Ukrayna ərazisində hərbi əməliyyatların gedişindən asılı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru