Daha bir ölkə Ukraynaya qarşı müharibəni soyqırım elan etdi
14-04-2022, 11:15
Rusiyanın müstəqil Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda, Kolumbiya prezidenti İvan Duke Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırımı adlandırıb.
Yenisabah.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.
Rusiyanın Ukraynadakı hərbi cinayətlərini soyqırımı adlandıran ABŞ prezidenti Co Baydenlə razılaşırsınızmı sualına Duke belə cavab verib: "Ukraynada baş verənlər soyqırımıdır və buna son qoyulmalıdır. Bu, dəlilikdir" – deyə o bildirib.