Avropa İttifaqı Rusiyaya milyonlarla avroluq silah satışına icazə verən boşluqları aradan qaldırır

15-04-2022, 08:15           
Avropa İttifaqı Rusiyaya milyonlarla avroluq silah satışına icazə verən boşluqları aradan qaldırır
Avropa İttifaqı 2014-cü ildə Rusiyanın Ukraynanın Krım bölgəsini ilhaq etməsindən sonra qüvvəyə minən embarqoya baxmayaraq, təşkilat hökumətlərinə təkcə keçən il Rusiyanın on milyonlarla avro dəyərində silah ixracına icazə verən boşluğu aradan qaldırıb.

Avropa İttifaqı Komissiyasının təqdim etdiyi son məlumatlara görə, keçən il üzv ölkələr Rusiyaya 39 milyon avro (42,3 milyon dollar) dəyərində silah və sursat satıb. Avropa İttifaqı Rusiyanın Krımı ilhaqına reaksiya olaraq 2014-cü ilin iyulunda Moskvaya silah ixracını qadağan etsə də, sanksiyaların bir bəndi satışa 2014-cü ilin avqustundan əvvəl imzalanmış müqavilələr əsasında icazə verirdi.

Fransa və Almaniya kimi böyük müdafiə sənayesinə malik ölkələr ən böyük ixracatçılar arasında olub. Bu boşluq Rusiyanın fevralın 24-də Ukraynaya işğala başlayandan bəri bəzi Avropa İttifaqı hökumətləri tərəfindən tənqid atəşinə tutulub və Kreml bunu “xüsusi hərbi əməliyyat” adlandırıb.

Kremlin Ukraynadakı müharibə səylərini zəiflətmək məqsədilə Avropa İttifaqının müdafiə sənayesində istifadə oluna biləcək geniş çeşidli texnologiyanın Rusiyaya ixracını qadağan edən genişmiqyaslı beş raund sanksiyalar tətbiq edib.

Avropa İttifaqı Komissiyası beşinci sanksiyalar paketi ilə bağlı ictimai kommunikasiyada boşluğun aradan qaldırıldığını qeyd etməyib.
amerikanınsesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru