Ukraynaya silah verilməsi dayandırıldı

15-04-2022, 00:16           
Ukraynaya silah verilməsi dayandırıldı
Yunanıstan Ukraynaya silah göndərməyi dayandırmaq qərarına gəlib.

Teref.az xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikolaos Panaqiotopulos məlumat verib.

Yunanıstan parlamentində çıxış edən nazir Afinanın Ukraynaya bir daha hərbi texnika göndərməyəcəyini bəyan edib.

“Yunanıstan ərazisinin, xüsusən də adaların müdafiəsi daha çox silah göndərməklə zəifləməməlidir. Ukraynaya göndərdiyimiz texnikaların hamısı ordumuzun arsenalından verilib. Daha çox göndərə bilmərik”, - deyə o qeyd edib.

Müharibənin ilk günlərində Yunanıstan iki C-130 hərbi yük təyyarəsi ilə Ukraynaya hərbi texnika göndərib. Kiyevə verilən hərbi məhsullar əsasən "Kalaşnikov" avtomatları və RPG-lərdən ibarət olub. /Modern.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru