Rusiyalı general NATO xüsusi xidmət orqanlarını telefonları dinləməkdə ittiham edib

15-04-2022, 12:12           
Rusiyalı general NATO xüsusi xidmət orqanlarını telefonları dinləməkdə ittiham edib
Rusiya Silahlı Qüvvələrinin Elektron Müharibə Qoşunlarının rəisi, general-leytenant Yuri Lastoçkin NATO-nun xüsusi xidmət orqanlarını vətəndaşların telefon danışıqlarını dinləməkdə ittiham edib.

Onun sözlərinə görə, bu məqsədlər üçün Alyansın mütəxəssisləri tərəfindən mobil rabitə abunəçilərinin məcburi şəbəkəyə qoşulması üçün saxta baza stansiyalarından istifadə edilir.

“Xarici kəşfiyyat mütəxəssisləri nəinki mobil telefonlara qulaq asmaq və mətn mesajlarına baxmaq, həm də abunəçiləri selektiv şəkildə bloklamaq və yalan mesajlar göndərməklə onlara yanlış məlumat vermək imkanı əldə edirlər”, – deyə rusiyalı hərbçi vurğulayıb.

O, hazırda rusiyalı alimlərin bu məsələnin həlli istiqamətində işlərə qoşulduğunu və artıq abonentlərin məlumatlarına icazəsiz girişin qarşısını almaq üçün sistemin yaradıldığını əlavə edib.

Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru