“MOSKVA” KREYSERİNİ UKRAYNA ORDUSU MƏHV EDİB? – Zelenski bu haqda suallara aydınlıq gətirdi

15-04-2022, 12:05           
“MOSKVA” KREYSERİNİ UKRAYNA ORDUSU MƏHV EDİB? – Zelenski bu haqda suallara aydınlıq gətirdi
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya dəniz qüvvələrinin flaqmanı “Moskva” kreyserinin batmasında Ukrayna Silahlı Qüvvələrinin iştirakını təsdiqləməyib.

Qafqaz.media xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Zelenskinin BBC-yə müsahibəsində verdiyi açıqlamaya istinadən xəbər verir.

O, qeyd edib ki, Ukraynaya hücum edən və Qara dənizi blokadaya alan Rusiya ordusunda baş verənlər onu maraqlandırmır.

“Əgər Rusiyanın hərbi gücü azalırsa, deməli, bu pis deyil”, - deyə Zelenski əlavə edib.

Prezident Belqoroddakı hadisələrdən sonra Kremldən gələn təhdidlərə də münasibət bildirib. Zelenski vurğulayıb ki, Ukrayna təhdidləri ciddi qəbul edir, çünki onlar ukraynalıların ölümü ilə bağlıdır.

“Biz eyni zamanda Rusiya Federasiyasına təhdidlərin heç birindən qorxmuruq. Biz Rusiya Federasiyasının bizi təhdid edən bütün addımlarına cavab verəcəyik”, - deyə Zelenski bildirib.

Xatırladaq ki, Rusiya “Moskva” kreyserinin batdığını təsdiqləyib. Bununla belə, Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserinin Ukraynanın “Neptun” gəmi əleyhinə raketləri ilə vurulduğunu təsdiqləmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru