Ukraynaya ABŞ silahlarının ilk partiyası 24 saat ərzində gələcək

16-04-2022, 08:04           
Ukraynaya ABŞ silahlarının ilk partiyası 24 saat ərzində gələcək
ABŞ silahlarının ilk partiyası yaxın 24 saat ərzində Ukraynaya gələcək. "Report" xəbər verir ki, bu barədə CNN Amerika hərbi idarəsinin yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb.

Güman edilir ki, yük Ukrayna sərhədinə çatdırılacaq, bundan sonra Ukrayna tərəfi onu öz ərazisinə gətirəcək.

Silahların siyahısı açıqlanmasa da, ilk növbədə haubitsa və radarlar gətiriləcək.

Aprelin 13-də Bayden Vaşinqtonun Kiyevə daha 800 milyon dollar məbləğində hərbi yardım, o cümlədən 11 Mi-17 helikopteri, 200 zirehli personal daşıyıcısı, 300 "Switchblade" mərmisi və tank əleyhinə sistemlər üçün 500 raket göndərmək qərarını açıqlayıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru