Slovakiyanın müdafiə naziri Putini Hitlerə bənzədib: “Bu, dünyanın yeni gerçəkliyidir…”

16-04-2022, 00:00           
Slovakiyanın müdafiə naziri Putini Hitlerə bənzədib:
“Ukrayna sözün həqiqi mənasında gələcək uğrunda döyüşür”

Slovakiyanın müdafiə naziri Yaroslav Nad bəyan edib ki, hazırda Ukrayna Rusiyanın təcavüzünə qarşı təkcə öz gələcəyi uğrunda deyil, bütün Avropa uğrunda savaşır. Onun sözlərinə görə, Rusiya prezidentini dayandırmasaq, o, müharibəni irəliyə apararaq, Qərbə yönəlik hərəkət edəcək.

Sozcu.az xəbər verir ki, bu barədə İsrailin “9- cu kanal” nəşri məlumat verib.

“Bu, dünyanın yeni gerçəkliyidir. Putin Hitlerə bənzəyir və onu Ukraynada dayandırmaq lazımdır, əks halda Qərbə doğru hərəkət edəcək. Ukrayna sözün həqiqi mənasında gələcək uğrunda döyüşür”, – o, belə deyib.

Nad həmçinin qeyd edib ki, Rusiyanın hərbi müdaxiləsindən öncə onun ölkəsi üçün şərq sərhəddindən sovet istehsalı sistemi bir yana, hətta çoxlu miqdarda ən sadə silahların göndərilməsi mənasız idi.

“Biz cəbhəyanı dövlətik. Bizim sərhəddimizdə müharibə gedir, 330 mindən çox ukraynalı ölkəmizə gəlib. Hazırda tamamilə başqa vəziyyət hökm sürür”, – nazir Kiyevə C- 300 raketlərinin göndərilməsini şərh edərkən deyib.

“Nyu- York tayms” qəzetinin məlumatına görə, bu, müharibə zamanı Ukraynanın Qərb tərədaşlarından aldığı ən güclü silahdır. Lakin, Nadın sözlərinə görə, Slovakiya ukraynalı hərbçilərə təkcə öz ehtiyatarından deyil, bir çox başqa ölkələrdən,o cümlədən Çexiyadan və Avstraliyadan, habelə “Ukraynaya hərbi texnika göndərmədiklərini iddia edən” dövlətlərdən də silah göndərir”.

Məsələn, Slovakiyanın cənub qonşusu olan Macarıstan münaqişədə özünü neytral elan edib və öz ərazisindən silah daşınmasını qadağan edib, əsasən, ucuz Rusiya qazından məhrum olmaması üçün, lakin hesab edilir ki, o, gizli olaraq başqa ölkələr vasitəsilə silah
göndərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru