Roma butikləri mallarının rusiyalılara satılma şərtlərini açıqladılar

16-04-2022, 10:27           
Roma butikləri mallarının rusiyalılara satılma şərtlərini açıqladılar
Məşhur moda evlərinin Romadakı butikləri mallarının ruslara satılmasının şərtlərini açıqlayıb.

Qeyd olunur ki, LVMH (Moët Hennessy - Louis Vuitton) beynəlxalq holdinqinə daxil olan dəbdəbəli brendlərin mağazalarında ruslara nağd olaraq və ya Rusiyada qeydiyyatdan keçməyən bank kartları ilə alış-veriş etmək təklif edilib. Bu butiklərdə satışla bağlı yaranan əsas problem isə rusiyalı turistlər üçün ödənişlərin “tax free” – vergisiz sistem (əlavə dəyər vergisi məbləğinin qaytarılması) vasitəsilə reallaşdırılmasının mümkünsüzlüyüdür.

Eyni zamanda bu faktorun alış-verişi qadağan etmədiyi də qeyd edilir. Məsələn, “Dior” mağazasının işçiləri Rusiya pasportunu təqdim etmədən alış-veriş etməyi təklif ediblər.

“Əlbəttə, rusiyalı turistlər bizim mallarımızı ala bilərlər. Lakin onlar “tax free”yə iddia edə bilməzlər”, – deyə butik nümayəndələri bildiriblər.

Eyni mövqe “Louis Vuitton” tərəfindən də ortaya qoyulub və rusiyalı müştərilərdən danışarkən onların gəlişinə çox məmnun olacaqları vurğulanıb.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru