SpaceX ABŞ kəşfiyyat peykinin buraxılışını aprelin 17-nə təxirə salıb
16-04-2022, 09:35
ABŞ Hərbi Kosmik Kəşfiyyat Milli İdarəsinin ehtiyacları üçünpeyki orbitə çıxaracaq "SpaceX" şirkətinin Falcon-9 daşıyıcı raketinin buraxılışı aprelin 17-si bazar gününə təxirə salınıb.
Trend xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, belə qərar əlverişsiz hava proqnozu ilə əlaqədar qəbul olunub.
Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından NROL-85 missiyası çərçivəsində buraxılış aprelin 15-i cümə gününə planlaşdırılırdı, lakin raket sistemlərini yoxlanması daha bir günçəkib.
"Şənbə günü güclü külək proqnozlaşdırıldığından, NROL-85-in 17aprel bazar günündən tez olmayaraq buraxılmasını hədəfləyirik", -şirkətdən bildirilib.